AZ

Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

2026-cı ilin yanvar ayında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 3 221,4 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz artaraq 1 781,8 milyon manata qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1 439,6 milyon manat olub.

2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 faiz azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7 faiz artıb. İstehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Seçilən
54
13
vergiler.az

10Mənbələr