AZ

“Qalatasaray” Osimheni satır Bu pulu verən, onu alacaq

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Viktor Osimhenin "Qalatasaray"dakı oyunu "Real" və PSJ-nin diqqətini cəlb edib və klub rəhbərliyi ulduz hücumçu üçün ən azı 150 milyon avro transfer haqqı tələb edir. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, mövsümün əvvəlində Viktor Osimheni 75 milyon avro transfer haqqı ilə əldə edən "Qalatasaray"dakı oyunu onu Avropa nəhənglərinin radarına çıxarıb. Məlum olub ki, "Qalatasaray" rəhbərliyi nigeriyalı hücumçu üçün 150 milyon avro təyin edib.

Viktor Osimhen həm Super Liqada, həm də Çempionlar Liqasında "Qalatasaray"ın heyətində oynadığı oyunlarla diqqət çəkir. Nigeriyalı hücumçunun yüksələn forması iki böyük Avropa klubunun diqqətini cəlb edib.

"Real" və PSJ nümayəndələri ulduz hücumçunu yaxından izləmək üçün "Qalatasaray" və "Liverpul" arasındakı oyunda tribunada olublar. Hər iki klubun mövsümün sonunda "Qalatasaray" rəhbərliyinə müraciət etməsi gözlənilir.

"Qalatasaray" rəhbərliyinin hazırda Viktor Osimheni satmaq planı yoxdur. Lakin potensial transfer danışıqları üçün minimum transfer haqqının ən azı 150 milyon avro olduğu bildirilir. "Sarı-qırmızılılar"ın rəhbərliyi bu məbləğdən aşağı təklifləri qətiyyən nəzərdən keçirmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
33
lent.az

10Mənbələr