AZ

Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi olub

Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın qədim şəhəri Buxarada qadın şahmatçılar arasında “IV Women's Chess Championship” adlı nüfuzlu beynəlxalq turnir keçirilib. 

Hafta.az xəbər verir ki, 8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə ölkəmizi şəxsi Avropa çempionatının qalibi, Azərbaycan çempionu Ülviyyə Fətəliyeva təmsil edib.

9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva “IV Women's Chess Championship” yarışının qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.

Seçilən
27
13
hafta.az

10Mənbələr