AZ

Xavi: “Barselona” adlı fəsil mənim üçün başa çatıb” – ARENA.AZ

“Barselona”nın keçmiş baş məşqçisi, ispaniyalı futbol mütəxəssisi Xavi Ernandes Kataloniya klubuna bir daha qayıtmayacaq.

Arena.az xəbər verir ki, Xavi “blauqrana” ilə bağlı fəslin onun üçün qapandığını şəxsən bildirib:

“Barselona” adlı fəsil mənim üçün başa çatıb. Qayıtmaq niyyətində deyiləm”, deyə Xavi vurğulayıb.

Yeri gəlmişkən, “Barselona”nın keçmiş oyunçusu, hazırda “Komo”da çıxış edən 34 yaşlı ispaniyalı mərkəz yarımmüdafiəçisi Serji Roberto “blauqrana”nın cari mövsümdəki çıxışını qiymətləndirib. İspan futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“Barselona”nın bir oyununu da buraxmıram. Fikrimcə, komanda ilə hər şey qaydasında olacaq. Şadam ki, ümumilikdə “Barselona”nın işləri yaxşıdır”, deyə Roberto vurğulayıb.

Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının cari mövsümündə 27 oyuna topladığı 67 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Kataloniya təmsilçisi 22 qələbə qazandığı halda 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

“Barselona” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşdığı İngiltərənin “Nyukasl” komandası ilə ilk oyundan da 1:1 hesablı heç-heçə ilə ayrılıb. Cavab qarşılaşması gələn həftə İspaniyada baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
30
6
arena.az

10Mənbələr