AZ

İrandan Dubay aeroportuna növbəti HÜCUM – Uçuşlar dayandırıldı – VİDEO

Dubay Mülki Aviasiya İdarəsi pilotsuz uçuş aparatının hücumu nəticəsində baş vermiş hadisə və bunun ardınca yanacaq çəninin alışmasından sonra əmirliyin beynəlxalq hava limanında aviareyslərin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidmətindən bildirilib.

"Dubay Mülki Aviasiya İdarəsi Dubay Beynəlxalq Hava Limanında reyslərin qəbulu və yola salınmasının müvəqqəti dayandırılması barədə məlumat verir. Bu tədbir qabaqlayıcı xarakter daşıyır və sərnişinlərin, eləcə də heyətin təhlükəsizliyinin təmin edilməsinə yönəlib", - məlumatda qeyd olunub.

Sərnişinlərə reyslərin aktual statusunu dəqiqləşdirmək üçün birbaşa öz daşıyıcılarına müraciət etmələri tövsiyə olunur.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media 

Seçilən
30
50
bizim.media

10Mənbələr