Dubay Beynəlxalq Hava Limanında dron hücumundan sonra yanğın baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya İdarəsi bazar ertəsi X sosial şəbəkəsində bildirdiyinə görə, uçuşlar müvəqqəti olaraq dayandırılıb. Onların bərpa olunma müddəti dəqiqləşdirilmir.
Qurumun məlumatına görə, söhbət "bütün sərnişinlərin və əməkdaşların təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbirlərindən" gedirdi.
Dubay hava limanının mətbuat xidmətindən bildirilib ki, "Dubay Beynəlxalq Hava Limanı yaxınlığında baş verən dron insidenti yanacaq çənlərindən birinə təsir edib". “Reuters” agentliyinin məlumatına görə, yanğın qısa müddətdə nəzarət altına alınıb.
Polis dəqiqləşdirib ki, hava limanına gedən yollarda və tunellərdə hərəkət müvəqqəti olaraq dayandırılıb, Emirates aviaşirkəti Dubaya uçuşları dayandırıb. Bir sıra reyslər Əl-Maktum Beynəlxalq Hava Limanına yönləndirilib.
“Reuters” xatırladıb ki, bu insident Dubay Beynəlxalq Hava Limanında – dünyanın ən işlək nəqliyyat qovşaqlarından birində – İranın Fars körfəzi ölkələrinə 28 fevralda başlayan hücumlarından bəri üçüncü hadisədir.
Almaz Həsənli