AZ

Premyer Liqamızı tərk etməyə qərar verdi - Türkiyə və Səudiyyə Ərəbistanından təklif aldı

Tanzaniya millisinin futbolçusu Alfons Msanqa yeni mövsümə “Şamaxı”da başlamayacaq.

Yarımmüdafiəçi Azərbaycanı birdəfəlik tərk edəcək.

Premyer Liqamızda ikinci mövsümünü keçirən afrikalı bir neçə yerdən sərfəli təklif alıb.

O, “Şamaxı” rəsmilərinə bu barədə məlumat verib. Bildirib ki, Türkiyə və Səudiyyə Ərəbistanından gələn dəvətlər onu daha çox maraqlandırır.

“Şirlər”lə müqavilə müddəti mövsümün sonunda başa çatacaq 22 yaşlı Msanqa indiyədək “Allians” (Tanzaniya), “Spartak Subotiça” və “Novi Sad”da(Serbiya) çıxış edib.

Tanzaniyalının hazırda ölkəmizdə aylıq qazancı 3000 dollardır.

SPORTİNFO.AZ

Seçilən
97
50
sportinfo.az

10Mənbələr