Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da start götürəcək. Matçı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu, millimizin 2016-cı ildə ilk sınağı olacaq. Komanda üç gün sonra - martın 30-da Sumqayıtda Syerra Leone yığması ilə qarşılaşacaq.
FIFA Series–2026
27 mart
Azərbaycan – Sent Lüsiya 0:0 (ilk hissə)
Hakimlər: Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (hamısı Gürcüstan).
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov.