AZ

Daşkəsəndə yolda sürüşmə olub - FOTOLAR

Daşkəsəndə güclü yağış fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, leysan yağışları nəticəsində ümumi uzunluğu 3 km olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci km-də sürüşmə baş verib. Nəticədə yol bağlanıb.

Əraziyə "31 saylı Yol İstismarı" MMC-nin, digər qurumların əməkdaşları cəlb edilib.

Tədbirlər nəticəsində yolda hərəkət qismən təmin edilib.

Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda ərazidə bərpa işləri davam edir.

"Cebheinfo.az"

Seçilən
13
6
cebheinfo.az

7Mənbələr