AZ

Ölkədə autizm sindromlu əlilliyi olan neçə şəxs var?

Bakı. Trend:

Hazırda ölkəmizdə 6800 nəfər autizm sindromlu əlilliyi olan şəxsvar.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilir ki, nazirliyin reabilitasiya mərkəzlərində autizmsindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafını,sərbəst yaşamaq imkanlarını dəstəkləmək məqsədilə də xidmətlərgöstərilir.

Bu müəssisələrdə onlar koqnitiv, nitq, özünəqulluqbacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiyayoqa, hippoterapiya, dance ability (rəqs terapiyası) və s.istiqamətlərdə xidmətlərlə təmin edilirlər.

Onlara ambulator xidmətlərlə yanaşı, icma əsaslı,telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərigöstərilir.

Autizm sindromlu uşaqlar reabilitasiya mərkəzləri tərəfindənippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb olunurlar. Buterapiya onların, habelə daun simdromu, serebral iflic, nitqqüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtikreabilitasiyasına müsbət təsir edir.

Qeyd edək ki, 2 Aprel Ümumdünya Autizm MəlumatlandırmaGünüdür.

Seçilən
14
8
az.trend.az

9Mənbələr