SON DƏQİQƏ! İran ABŞ-a məxsus daha bir F-35 qırıcısını vurduğunu açıqladı – FOTO
İran ABŞ-yə məxsus qırıcını vurduğunu açıqlayıb. 1news.az xəbər verir ki, məlumat İran Dövlət Televiziyası tərəfindən yayılıb. Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi əraziləri üzərində vurularaq qəzaya uğrayıb. İddiaya görə, təyyarə SEPAH-ın müasir hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib. İran tərəfi ekipaj üzvlərinin katapult edərək xilas olma ehtimalının çox aşağı olduğunu qeyd edib. Xatırladaq ki, daha əvvəl – martın 19-da da ABŞ-yə məxsus F-35 qırıcısının İran atəşi nəticəsində zədələndiyi və Yaxın Şərqdə məcburi eniş etdiyi bildirilmişdi. Pentaqon isə təyyarənin təcili eniş etdiyini təsdiqləsə də, onun İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirməyib. 


