AZ

SEPAH: ABŞ pilotu əsir götürüldü, axtarış helikopteri vuruldu — VİDEO

Bu gün səhər saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın mərkəzi hava məkanında ABŞ-a məxsus ikinci F-35 qırırıcısının məhv edildiyini bildirdikdən sonra, təyyarənin pilotunun İran qüvvələri tərəfindən əsir götürüldüyü ehtimal edilir.

Ölkə.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pilot katapult edərək ölkə ərazisinə enib, bundan sonra isə ABŞ tərəfi onu sərhəddən təxliyə etməyə cəhd göstərib. SEPAH mətbuat xidməti daha əvvəl qırıcının tamamilə məhv edildiyini təsdiqləmişdi — bu, son 12 saat ərzində ABŞ Hərbi Hava Qüvvələrinin itirdiyi ikinci təyyarədir. Dağıntıların xarakterinə görə pilotun taleyi haqqında dəqiq məlumat verilmirdi.

Daha sonra SEPAH cənubdakı Xuzistan əyalətində axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş ABŞ-ın Hercules təyyarəsi və ehtimal ki, Black Hawk helikopterinin görüntülərini paylaşıb. Ardınca isə mətbuat xidməti ABŞ qüvvələrinə məxsus Black Hawk UH-60 helikopterinin İranın Lordeqan ərazisində qəzaya uğradığı (vurulduğu) barədə məlumat yayıb.

Seçilən
25
50
olke.az

10Mənbələr