AZ

İran İsrailə hava hücumlarını davam etdirəcək – SEPAH

Bakı. Trend:

İran İsrailə müxtəlif növ raketlər və kamikadze dronları iləhücumlarını davam etdirəcək.

Trend-in məlumatına görə, bununla əlaqədar İran İslam İnqilabıKeşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, SEPAH “Doğru Vəd 4” əməliyyatının 93-cümərhələsində İsrailin Calil, Hayfa, Kafr Kanna, Krayotda hərbimərkəzlərə zərbələr endirib.

Əlavə edək ki, bu gün İran tərəfi ölkə səmasında ABŞ-yə məxsusF35 qırıcı təyyarəsinin vurulduğunu elan edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
55
10
az.trend.az

10Mənbələr