AZ

Son Dəqiqə: “ABŞ xüsusi təyinatlıları İrana daxil olub”​



“ABŞ xüsusi təyinatlı qüvvələri vurulmuş qırıcının ekipaj üzvünü xilas etmək üçün İrana daxil olub”​.

“Aia.az” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

Nəşrin məlumatına görə, qırıcının iki ekipaj üzvünün katapult etməsi İran və ABŞ-nin amerikalı pilotların axtarışında yarışa çıxmasına səbəb olub.

Qeyd edək ki, ötən gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35 Lightning II” qırıcı təyyarəsinin vurulduğunu iddia edib.

Amerikalı rəsmilər isə vurulan təyyarənin “F-15E Strike Eagle” olduğunu təsdiqləyib. ABŞ mediası iki pilotdan birinin xilas edildiyini bildirib. Təyyarənin Böyük Britaniyada yerləşən “Lakenheath” Hava Bazasına aid olduğu qeyd edilir.



Seçilən
36
50
aia.az

10Mənbələr