AZ

"Xarakter olmasa, bu nəticələr qazanılmazdı" - Qurban Qurbanov

Misli Premyer Liqasının 26-cı turunda Qarabağ FK doğma meydanda Karvan Yevlax üzərində 7:0 hesablı inamlı qələbə qazanıb.

"Unikal" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunu və komandanın hazırkı durumunu dəyərləndirib.

Baş məşqçi bildirib ki, komanda çətin dövrlərdən keçsə də, xarakter nümayiş etdirərək nəticə qazanmağı bacarır:
“Komandada xarakter olmasa, bu nəticələr əldə olunmazdı. Uğursuz seriyalarımız olub, amma geri dönüş edə bilmişik. Bəzən istədiyimiz kimi alınmayan oyunlar da olur. Futbolçuların potensialı var, təcrübəli komandayıq və sona qədər mübarizə aparırıq”.

Qurbanov çempionatda rəqabətin artdığını da vurğulayıb:
“Sabah FK yaxşı balanslaşmış komandadır. Neftçi PFK, Zirə FK və Turan Tovuz da oyunlarını yaxşılaşdırıb, stabil çıxış edirlər. Hər matça ciddi yanaşmalıyıq”.

Təcrübəli mütəxəssis hakimliklə bağlı müzakirələrə də münasibət bildirib. O qeyd edib ki, hakimlər hazırda müəyyən tərəddüd içindədir:
“Bəlkə də fikir bildirmək düzgün deyil. Amma kənardan görünən odur ki, hakimlər bəzən qərar verməkdə çətinlik çəkirlər. Ola bilər ki, təzyiq altındadırlar. Futbolun dili birdir, hakimliyin də belə olmalıdır. Öz hakimlik məktəbimiz formalaşmalıdır”.

Qeyd edək ki, bu qələbə ilə Qarabağ FK çempionatdakı iddiasını davam etdirib.

Seçilən
15
1
unikal.az

10Mənbələr