31 yaşlı Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənərək ölüb.
NOCOMMENT.az xəbər verir ki, Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Mərhum Maşlıq kəndində dəfn olunacaq./milli.az

