AZ

Şirvanda zəhərlənənlərin sayı 15-ə çatıb

BAKI, 9 aprel. TELEQRAF

Aprelin 7-də saat 16:00 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 15 nəfər (2-si kişi, 13-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

"Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.

Seçilən
6
2
teleqraf.com

10Mənbələr