AZ

Öz rahatlığını düşünən sürücü yolu bağlayıb hərəkətə mane oldu VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xırdalan şəhərində dayanma-durma qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksinin həyətində qeydə alınıb. Belə ki, 99-GS-996 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü yolun ortasında dayanaraq sərnişinlərini düşürməyə başlayıb. Sürücü arxadan işıq siqnalı ilə xəbərdarlıq etsə də, o, buna məhəl qoymayaraq rahat şəkildə hərəkətinə davam edib. Videodan da aydın görünür ki, sürücü avtomobili cəmi 2 metr irəlidə saxlayaraq həm sərnişinləri düşürə, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmaya bilərdi.

Təəssüf ki, bəzi sürücülər həyət ərazilərində yol hərəkəti qaydalarının qüvvədə olmadığını düşünür və istədikləri kimi davranırlar. Lakin bu, tamamilə yanlışdır.

Qeyd edək ki, yol hərəkəti qaydaları binaların və digər yaşayış həyətlərinin ərazisinə də şamil olunur.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
23
avtosfer.az

10Mənbələr