AZ

Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatınayekun vurulub.

Trend-in məlumatına görə, yunan-Roma güləşi üzrə millininardınca sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib.3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xaltoplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutanGürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncüolub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ənyaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşıgöstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kiloqram), AliTsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram)Avropa çempionu olub. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev(86 kiloqram) gümüş, Cəbrayıl Hacıyev (79 kiloqram) isə bürüncmedal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həmyunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropaçempionu olaraq qızıl dubla imza atıb.

Seçilən
50
31
az.trend.az

10Mənbələr