AZ

“Goldman Sachs” Brent neftinin qiyməti ilə bağlı proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” Brent neftinin qiyməti ilə bağlı proqnozunu yüksəldib.

Banco.az xəbər verir ki, “Goldman Sachs” Hörmüz Boğazının uzun müddət bağlı qalmasının “həddindən artıq” ehtiyat azalmasına səbəb olacağını əsas gətirərək neft qiymətləri üzrə proqnozlarını yuxarı istiqamətdə yeniləyib.

Analitiklərdən Daan Struyven və Yulia Jestskova Qriqsbinin də yer aldığı qrup 27 aprel tarixli qeyddə Brent neftinin dördüncü rübdə bir barel üçün orta hesabla 90 dollara çatacağını gözlədiklərini bildirib.

Analitiklərin əvvəlki proqnozu 80 dollar səviyyəsində idi. “Fars körfəzində gündəlik 14,5 milyon barel xam neft istehsal itkisinin aprel ayında qlobal neft ehtiyatlarının rekord sürətlə – gündə 11–12 milyon barel azalmasına səbəb olduğunu hesab edirik” deyə bildirən analitiklər əlavə ediblər: “Belə ‘həddindən artıq ehtiyat azalmasının’ davamlı olmadığı nəzərə alınarsa, təklif şoku daha uzun sürərsə, tələbdə daha kəskin azalmalar qaçılmaz ola bilər.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
27
44
banco.az

10Mənbələr