BAKI, 28 aprel. TELEQRAF
“Neft hasilatı tezliklə çökəcək, İranda yaxın vaxtlarda yanacaq çatışmazlığı gözlənilir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
“SEPAH-ın sağ qalan liderləri kanalizasiya borularında boğulan siçovullar kimi tələyə düşdüyü vaxtda, İranın zəifləyən neft sənayesi ABŞ-nin tətbiq etdiyi blokada səbəbindən hasilatı dayandırmağa başlayır. Neft hasilatı tezliklə çökəcək, İranda yaxın vaxtlarda yanacaq çatışmazlığı gözlənilir”, - nazir bildirib.