Bu il 100 illiyi qeyd olunan Beynəlxalq Stolüstü Tennis Federasiyasının yubiley sammiti keçirilib.
Apasport.az xəbər verir ki, Londonda təşkil olunan tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslamla baş katibi Könül Mikayılova da iştirak edib.
Quruma üzv ölkələrin rəsmilərinin qatıldığı toplantıda son bir ildə görülən işlərlə bağlı hesabat dinlənilib, stolüstü tennisin mövcud durumu və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyyələr verilib.
Həmçinin, BSTF-nin yeni konstitusiyası qəbul olunub.
Sonda təşkilatın rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, sözügedən idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.
Stolüstü tenisçilərimiz Türkiyə Super Liqasında
Stolüstü tennis üzrə "Baku Open" turnirinə start verilib
Stolüstü tennisçilərimizdən Avrasiya Liqasında uğurlu çıxış
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında yarışacaq
Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında uğurlu debüt ediblər