AZ

Belarus XİN Ermənistana etiraz notası təqdim edib » AzadMedia.az

Belarus

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkilini – Artur Sarkisyanı nazirliyə çağırıb. Görüş zamanı erməni diplomata rəsmi etiraz bildirilib və müvafiq nota təqdim olunub.

Belarus XİN-in yaydığı məlumata görə, bu addım Ermənistan tərəfinin son dövrlərdə atdığı “qeyri-dost addımlar”la əlaqədar atılıb. Rəsmi Minsk baş verənləri iki ölkə arasında münasibətlərə zidd hesab etdiyini vurğulayıb.

Hadisənin detalları açıqlanmasa da, diplomatik kanallar vasitəsilə narazılığın qarşı tərəfə çatdırıldığı qeyd olunur.

Ekspertlər belə addımların adətən dövlətlərarası münasibətlərdə gərginliyin artdığını göstərdiyini bildirirlər.
Qeyd edək ki, diplomatik praktikada etiraz notası bir ölkənin digər ölkənin hərəkətlərinə rəsmi narazılığını ifadə etməsinin əsas vasitələrindən biri sayılır.

Seçilən
13
19
azadmedia.az

10Mənbələr