AZ

İrəvanda Zelenskinin səfərinə etiraz olaraq Ukrayna bayrağı yandırılıb - VİDEO

İrəvanda Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərinə etiraz olaraq Ukrayna bayrağı yandırılıb.

APA xəbər verir ki, hadisənin görüntüləri “Telegram” kanallarında yayımlanıb.

Görüntülərdən hadisənin İrəvan yaxınlığında yerləşən “Erablur” hərbi memorial kompleksin ərazisində baş verdiyi məlum olur.

"Ukraynadan göndərilən fosfor silahları ilə yandırılan qardaşlarımız burada əbədi yuxuda yatırlar. Bu gün bu ölkənin prezidenti buraya fəxri qonaq kimi gəlib. Biz bu rüsvayçılığa ortaq olmaq niyyətində deyilik", - etirazçılardan biri deyir.

Seçilən
23
5
apa.az

10Mənbələr