AZ

​Rusiyanın hökumət üzvləri parada buraxılmayıb Deputatlara da icazə verilməyib

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Uzun müddətdən bəri ilk dəfə olaraq Rusiya hökumət üzvləri, nazirlər və baş nazirin müavinləri Moskvada keçirilən Qələbə Paradında tribunalara buraxılmayıblar.

“AzPolitika” xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Bundan öncə Rusiya Dövlət Dumasının deputatlarının paradda iştirakına icazə verilməmişdi. Tribunaya Rusiya hakimiyyətindən yalnız Rusiya Təhlükəsizlik Şurasının üzvləri - Vladimir Putinə yaxın kiçik bir dairəyə aid şəxslər buraxılıb.

Onların arasında təhlükəsizlik orqanlarının rəhbərləri (Müdafiə Nazirliyi, FSB, Daxili İşlər Nazirliyi və Xarici Kəşfiyyat Xidməti), Federal Şuranın hər iki palatasının spikerləri - Valentina Matviyenko və Vyaçeslav Volodin, eləcə də Xarici İşlər Nazirliyinin rəhbərliyi olub.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
50
azpolitika.info

10Mənbələr