AZ

Qurban Qurbanov tənqid olundu Bu uşağa görə VİDEO

Milli.az saytına istinadən ain.az xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu dəfə sosial şəbəkələrdə yayılan görüntülərə görə müzakirə mövzusu olub.

Milli.Az xəbər verir ki, baş məşqçi ilə xatirə şəkli çəkdirmək istəyən azyaşlı azarkeşin istəyi baş tutmayıb. Yayılan kadrlarda uşağın Qurban Qurbanova yaxınlaşmağa çalışdığı, lakin ətrafdakı mühafizəçi tərəfindən geri çəkildiyi görünür.

Sosial şəbəkə istifadəçilərinin diqqətini isə daha çox baş məşqçinin hadisəyə münasibət bildirməməsi çəkib. Bir çox izləyici Qurban Qurbanovun uşağın istəyinə reaksiya verməməsini tənqid edib.

Görüntülər qısa zamanda yayılaraq futbolsevərlər arasında geniş müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
50
news.milli.az

10Mənbələr