AZ

Pəncərə silən qadın 4-cü mərtəbədən yıxılıb öldü

Paytaxtın Qaradağ rayonunda pəncərə silən 37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

    Məlumata görə, 1989-cu il təvəllüdlü A.Səfərova yaşadığı evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.

    Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    28
    12
    manset.az

    10Mənbələr