AZ

Akif İslamzadədən xəbər var

"Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır".

 

Məlumatı Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.

 

"Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir", - deyə həkim bildirib.

 

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.

Tarix: 12 May 2026, 11:22   
Seçilən
45
6
pravda.az

10Mənbələr