Zəngilan və Cəbrayıla köç karvanı yola salınıb.
Day.Az xəbər verir ki, mayın 15-də Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə - 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə - 453 nəfər köçürülüb.