AZ

Dante karyerasını bitirdi – 42 yaşında! – ARENA.AZ

Braziliya milli komandasının sabiq üzvü, Fransanın “Nitsa” klubunun mərkəz müdafiəçisi Dante peşəkar futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, braziliyalı müdafiəçi 42 yaşında butslarını asılqdan asmağa qərar verib.

O, karyerasının sonuncu matçına ötən gün Liqa 1-ə vəsiqə uğrunda “Sent Etyen”ə qarşı keçirdikləri pley-off oyununda çıxıb. Dante bundan sonra məşqçi kimi fəaliyyət göstərəcəyini açıqlayıb. O, Almaniya nəhəngi “Bayern”in U-23 komandasını çalışdıracaq.

Xatırladaq ki, Dante 2016-cı ilin avqust ayından “Nitsa”da forma geyinirdi. Müdafiəçi 2025/2026-cı illər mövsümündə 19 oyuna çıxıb. O, Fransa klubunun heyətində bütövlükdə 329 oyun keçirib, 8 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı futbolçu daha əvvəl “Bayern”, “Borussiya” (Mönhenqladbax), “Standard” (Lyej), “Volfsburq”, “Şarlerua” və “Lill” kimi klubların da şərəfini qoruyub. O, Braziliya milli komandasının heyətində meydana çıxdığı 13 oyunda 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
16
8
arena.az

10Mənbələr