Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Arsenal” heyətini qapıçı ilə gücləndirmək istəyir.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Çelsi”dən Kepa Arrisabalaqanı transfer etməyə yaxındır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Arsenal” ispan qolkiperin 6 milyon avroluq sərbəstqalma məbləğini ödəməklə onu heyətinə qatacaq
Kepa başa çatan mövsümü icarə əsasında “Bornmut”da keçirib.