"Brentford" hücumçu Bryan Mbemo üçün "Mançester Yunayted"in ilk təklifini rədd edib.
90deqiqe.Az-ın “ESPN"ə istinadən yaydığı məlumata görə, “qırmızı şeytanlar” kamerunlu üçün təkliflərini artırıb və onun üçün 72 milyon avro ödəməyə hazırdır. "Mankunianlılar" transferi mümkün qədər tez başa çatdırmaq istəyir.
25 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.