AZ

"Tottenhem" onun üçün "Mançester Yunayted"ə rəqib oldu

"Tottenhem" klubu "Brentford"un hücumçusu Brayan Mbemonun transferində "Mançester Yunayted"ə rəqib çıxıb.

90deqiqe.Az-ın məlumatına görə,  bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, London təmsilçisi 24 yaşlı hücumçu üçün 72 milyon avro təklif etməyə hazırdır. Klub rəhbərliyi UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə iştirak etməyin futbolçunun fikrini dəyişməsində mühüm rol oynayacağını düşünür.

Bundan əlavə, "Tottenhem" "Brentford"un baş məşqçisi Tomas Frankı da komandaya gətirmək niyyətindədir. Məlumata əsasən, danimarkalı mütəxəssisin təyinatı Mbəmonun transferini asanlaşdıra bilər. Klub onun üçün 12 milyon avro məbləğində təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, Brayan Mbəmo artıq "Mançester Yunayted"lə şəxsi müqavilə şərtlərini razılaşdırıb və "qırmızı şeytanlar"a keçməkdə maraqlıdır.

Seçilən
72
50
90deqiqe.az

10Mənbələr