AZ

“Arsenal” sloveniyalı üçün hərəkətə keçib

“Arsenal” “Leypsiq”in hücumçusu Benyamin Şeşkoya ciddi maraq göstərir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Mənbənin məlumatına görə, klublar arasında danışıqlar artıq aparılır. Prosessə futbolçunun nümayəndələri də aktiv şəkildə cəlb olunub. Lakin hazırda tərəflər yekun razılaşmaya gəlməyiblər.

22 yaşlı futbolçu 2024/25 mövsümündə təsirli çıxışla yadda qalıb. O, Almaniya klubunun heyətində 45 matçda 21 qol vurub, 6 məhsuldar ötürmə edib.

Sloveniya millisinin üzvünün “Leypsiq”lə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Şeşkonun bazar dəyəri 70 milyon avrodur.

Seçilən
76
5
90deqiqe.az

10Mənbələr