Argentina millisinin cinah oyunçusu Alejandro Qarnaço “Mançester Yunayted”dən ayrılmaq qərarını verib.
90deqiqe.Az-ın əldə etdiyi məlumata görə, həm futbolçu, həm də klub bu qərarı rəsmiləşdirib və tərəflərin yolları ayrılıb.
Qarnaçonun karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi mümkündür. 20 yaşlı oyunçuya üç müxtəlif klubdan maraq olduğu bildirilir. Bundan əvvəl Leverkuzenin “Bayer”i və İtaliya A Seriyasının bir neçə klubu da onu heyətinə qatmaqla maraqlanıb.
Qeyd edək ki, Qarnaçonun “Mançester Yunayted”dən ayrılmasına səbəb baş məşqçi Ruben Amorimlə yaşadığı fikir ayrılığı olub. Ötən mövsüm 20 yaşlı futbolçu bütün turnirlərdə 58 oyuna çıxaraq 11 qol vurub və 10 məhsuldar ötürmə edib.