EN

“Vaqner”in Afrikadakı gizli zindanları Rus muzdluları Malidə işgəncə şəbəkəsi qurub

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa, Rusiya və beynəlxalq araşdırmaçı jurnalistlərin apardığı birgə istintaq nəticəsində “Vaqner” muzdlu qruplaşmasının Afrikadakı fəaliyyətlərinin yeni, daha qaranlıq tərəfləri üzə çıxıb. Bir qrup media orqanı tərəfindən yayımlanan məlumatlara əsasən, “Vaqner” muzdluları Malidə qeyri-qanuni həbsxanalar şəbəkəsi quraraq yerli əhaliyə qarşı sistemli işgəncələr həyata keçiriblər.

Araşdırmaçılar Malinin müxtəlif bölgələrində yerləşən Bafou, Kidal, Nampala, Niafunke, Sevare və Sofara şəhərlərində azı 6 gizli həbsxananın mövcudluğunu sübut ediblər. Bu həbsxanaların bəziləri rəsmi Malinin hərbi bazalarının daxilində yerləşir. Bu isə “Vaqner” qrupunun yerli hakimiyyətə tabe olmadan tam sərbəst hərəkət etdiyini, faktiki olaraq “dövlət içində dövlət” funksiyası daşıdığını göstərir.

Həbsxanalarda saxlanılan şəxslərin ifadələri dəhşət doğurur. Onlar bildiriblər ki, insanlar su ilə boğulma, dəmir dəyənəklərlə döyülmə, baş nahiyəsinə zərbələr, ac saxlanılma və elektrik naqilləri ilə işgəncə kimi vəhşiliklərlə üzləşiblər. Məhbuslar dəmir konteynerlərdə, günəş altında saxlanılıb. İşgəncələr zamanı rus musiqiləri səsləndirilib – bu, həm psixoloji təzyiq, həm də rus təsirinin simvolik göstəricisi kimi dəyərləndirilir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Mənbələrdən birinin sözlərinə görə, o, 7 gün ardıcıl olaraq eyni rus mahnılarını eşidib və bu, yeni əsirlərin işgəncəyə məruz qaldığının siqnalı olub. Adının açıqlanmasını istəməyən malili zabitin dediklərinə görə, “Vaqner” üzvləri kimləri istəsələr, onları əsir aparırdılar. Hətta yerli hərbi rəhbərlik belə onların fəaliyyətinə müdaxilə edə bilmirdi. Bu isə bir daha sübut edir ki, rus muzdluları Malidə dövlət suverenliyini faktiki olaraq tapdalayıb və öz məhkəmə və cəza sistemini qurublar.

Qeyd edək ki, “Vaqner” qruplaşması iyun ayında Malidən rəsmən çıxarılıb, lakin onların yerinə Rusiya Müdafiə Nazirliyinin xüsusi bölməsi göndərilib. Bu dəyişiklik Moskvanın Afrika siyasətində taktiki korrektə, lakin strateji məqsədlərdən imtina edilmədiyinin göstəricisidir. Yəni Kreml sadəcə “Vaqner” loqosunu rəsmi uniforma ilə əvəzləyib.

Bu yeni ifşalar “Vaqner”in fəaliyyətinin təkcə döyüş əməliyyatları ilə məhdudlaşmadığını, həm də genişmiqyaslı insan hüquqları pozuntuları və müharibə cinayətlərinə yol verdiyini göstərir. Bu baxımdan, Beynəlxalq Cinayət Məhkəməsi, BMT və digər beynəlxalq institutlar bu faktlara hüquqi qiymət verməlidir.

Rasim Əliyev “APolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
azpolitika.info

1Sources