İyul ayında xüsusi əməliyyat zonasında peyklə idarə olunan Rusiyanın ilk uzaq mənzilli robot platforması “Strannik” istifadə ediləcək.
Herbiand.az xəbər verir ki, bu barədə Komandante Robotics şirkətinin rəsmi nümayəndəsi Aleksey Smirnov məlumat verib.
Tırtıllı qurğu yüklərin çatdırılması, minalanma və evakuasiya üçün nəzərdə tutulub. Qurğunun maksimum məsafəsi 30 kilometrdir.
Smirnov vurğulayıb ki, tərtibatçılar idarəetmə pultundan, antenadan və yerüstü stansiyadan imtina ediblər. “Strannik”i idarə etmək üçün planetin hər hansı bir yerində yerləşən planşet və ya smartfon kifayətdir.
Çəkisi 56 kiloqram olan kiçik robot avtomobilin baqajına sığır. O ətraf mühiti operatora ötürür, ona görə də platformanı müşayiət edən pilotsuz uçuş aparatları olmadan da keçinmək mümkündür.
Bəxtiyar CƏFƏRLİ