AZ

“Hyundai” də insanabənzər robotlarla işləyəcək

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cənubi Koreyanın “Hyundai” avtomobil istehsalçısı 2025-ci ilin payızında ABŞ-dəki zavodlarında “Boston Dynamics” robototexnika şirkətinin “Atlas” insanabənzər robotlarından istifadə etməyə başlayacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Korea Joongang Daily” qəzeti məlumat yayıb.

Məlumata görə, birinci mərhələdə “Atlas” robotu avtomobilləri yığmazdan əvvəl hissələri çeşidləyəcək.

Belə ki, robot müstəqil qərarlar qəbul edə, sərbəst hərəkət edə və mürəkkəb əməliyyatları yerinə yetirə bilir. Həmçinin, o, avtomobil hissələrini götürə, daşıya və operatorun müdaxiləsi olmadan düzgün yerləşdirə bilir.

“Hyundai”nin 2021-ci ildən bu robototexnika şirkətinin səhmlərinin 80%-nə sahib olduğunu nəzərə alsaq, Koreya şirkətinin zavodlarında “Boston Dynamics” robotlarının istifadəsi tamamilə məntiqlidir.

Qeyd edək ki, bundan əvvəl Çinin “Dongfeng” avtomobil istehsalçısı da “Ubtech Technology” şirkəti  ilə avtomobil konveyerində işləmək üçün insanabənzər robotlardan istifadə etmək üçün müqavilə imzalayıb. “Walker S” adlanan android robotlar təhlükəsizlik kəmərləri və qapı kilidlərini yoxlayacaq, kuzovun qaynağının keyfiyyətinə nəzarət edəcək. Bundan əlavə, robot bəzi fiziki işləri də yerinə yetirəcək: məsələn, motor yağı tökmək, müxtəlif etiketlər yapışdırmaq və s. kimi. O, həmçinin elektronika ilə də işləyə biləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
11
yeniavaz.com

10Mənbələr