ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Florian Virts artıq “Liverpul”un futbolçusudu."Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Bayer-04”ün yarımmüdafiəçisinin transferini rəsmən açıqlayıb. 22 yaşlı almaniyalı futbolçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, “Liverpul” bu transfer üçün “Bayer-04”ə 150 milyon avro ödəyib. Virtsin müqaviləsinin müddətinin 2030-cu ilə qədər qüvvədə olacağı da bildirilib.Florian son mövsümdə 45 oyuna çıxaraq 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.