“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.
AZAL-dan bildirilib ki, “Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Əlavə suallar yaranarsa, sərnişinlər elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.