AZ

Bakıdan Dammama uçan təyyarə geri qayıdıb

BAKI, 23 iyun, TELEQRAF

Qətər hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Heydər Əliyev hava limanına geri qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

“Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Seçilən
8
2
teleqraf.com

10Mənbələr