Amerikanın "Google LLC" şirkətinin Rusiyadakı borcu fevral ayından 27,2 milyard rubla (təxminən 300 milyon dollar) yüksəlib.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" Federal Məhkəmə İcraçıları Xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, 2025-ci ilin fevral ayında borc 21,5 milyard rubldan (təxminən 236 milyon dollar) çox idi, lakin o vaxtdan bəri Rusiya Federasiyasında İT korporasiyasına qarşı 11 icra prosesi başlanılıb və buna görə də məbləğ artıb.
Xatırladaq ki, 2021-ci ilin sonunda "Google" Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 5-ci hissəsinin (“Məlumat əldə etmənin məhdudlaşdırılması prosedurunun pozulması”) tətbiq edildiyi və 7,2 milyard rubl (təxminən 80 milyon dollar) məbləğində cərimə tətbiq olunduğu ilk şirkət olub.
Paşa Məmmədli