Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir.
“Qafqazinfo”nun xəbərinə görə, vida mərasimində Ağcabədi rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyəti iştirak edir.
Mərhumlar vida mərasimindən sonra dəfn olunacaq.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Ziya Əmirxanlı


