AZ

Səfərov qardaşları ilə vida mərasimi keçirilir - FOTOLAR

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədidə vida mərasimi keçirilir.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, vida mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyəti iştirak edir.

Səfərov qardaşları vida mərasimindən sonra dəfn olunacaq.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

"Cebheinfo.az"

Seçilən
0
4
cebheinfo.az

5Mənbələr