Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədidə vida mərasimi keçirilir.
Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, vida mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyəti iştirak edir.
Səfərov qardaşları vida mərasimindən sonra dəfn olunacaq.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.



5Mənbələr
-
qafqazinfo.azSəfərov qardaşları ilə vida mərasimi keçirilir Fotolar ( 18819682)
-
qafqazinfo.azSəfərov qardaşları dəfn olundu - Fotolar - Yenilənib ( 18801412)
-
cebheinfo.azSəfərov qardaşları ilə vida mərasimi keçirilir - FOTOLAR ( 18801379)
-
demokrat.azSəfərov qardaşları ilə vida mərasimi keçirilir — FOTOLAR ( 18800782)
-
qafqazinfo.azSəfərov qardaşları ilə vida mərasimi keçirilir - Fotolar ( 18800026)