AZ

Səfərov qardaşları dəfn olundu - Fotolar - Yenilənib

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədidə vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyəti iştirak edir.

Səfərov qardaşları vida mərasimindən sonra dəfn olunacaq.

***

Ziyəddin və Hüseyn Səfərovlar dəfn ediliblər.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Ziya Əmirxanlı





Seçilən
0
4
qafqazinfo.az

5Mənbələr