AZ

Səfərov qardaşları ilə vida mərasimi keçirilir Fotolar

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilir.

“Qafqazinfo”nun xəbərinə görə, vida mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyəti iştirak edir. 

Mərhumlar vida mərasimindən sonra dəfn olunacaq.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
qafqazinfo.az

5Mənbələr