EN

Türkiyə boğazlardan keçid üçün rüsumu artırıb | VİDEO

AzVision.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyinin məlumatında belə deyilir.

Montrö Konvensiyasına (1936) əsasən, gəmilərin sözügedən boğazlardan keçidinin dəyəri qızıl frankı əsasında hesablanır.

Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirliyinin bəyanatında tranzit dəyərinin 2022-ci ilə qədər demək olar ki, 40 il ərzində dəyişmədiyi bildirilir. Lakin 2022-ci ildən sonra qiymətlər hər il artıb. Ötən il tranzit dəyəri də demək olar ki, 15% artırılıb.

Montrö Konvensiyası Türkiyənin boğazlar üzərində suverenliyini təmin edərək, Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə nəzarəti Ankaraya verib.

Sənəd həm sülh, həm də müharibə dövründə bütün ölkələrin ticarət gəmiləri üçün boğazlardan keçid azadlığını qoruyur. Bununla belə, konvensiya Qara dəniz və qeyri-Qara dəniz dövlətlərinin donanmaları üçün hərbi gəmilərin keçidi üçün müxtəlif rejimlər müəyyən edir.

Türkiyə hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etmək şərti ilə, Qara dəniz dövlətləri sülh dövründə istənilən tipli hərbi gəmilərini boğazlardan keçirə bilərlər. Qeyri-Qara dəniz dövlətlərinin döyüş gəmiləri üçün növlər (yalnız kiçik suüstü gəmilər keçə bilər) və tonaj baxımından əhəmiyyətli məhdudiyyətlər tətbiq olunur.


Sahil İsgəndərov
AzVision.az
Chosen
10
12
azvision.az

10Sources