Türkiyə iyulun 1-dən Bosfor və Çanaqqala boğazlarından gəmilərin keçidinin qiymətini 15% artıraraq 1 frank üçün 5,83 dollara çatdırıb.Bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb...
Poliqon bu barədə RİA Novosti nəşrinə istinadən xəbər verir.
Boğazlardan gəmilərin keçməsi haqqında Montrö Konvensiyasına əsasən, gəmilərin keçidinin dəyəri qızıl frankı əsasında hesablanır.
Bildirilir ki, tranzit dəyəri 2022-ci ilə qədər demək olar ki, 40 il ərzində dəyişməz qalıb. O vaxtdan bəri xərclər ildən-ilə artıb, 2024-cü ildə isə tranzit dəyəri də demək olar ki, 15% artırılıb.
Montrö Konvensiyası Türkiyənin boğazlar üzərində suverenliyini təmin edərək, Bosfor və Dardanel boğazlarından gəmilərin keçməsinə nəzarət funksiyalarını ona verdi.
Poliqon.info