AZ

Türkiyə boğazlarından keçid rüsumları 15% artırıldı

Finss.az - Türkiyə hökuməti bu gündən etibarən Bosfor və Dardanel boğazlarından keçən gəmilər üçün tranzit rüsumlarını 15% artıraraq 5,83 ABŞ dollarına çatdırıb.

Bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sözügedən rüsum 2022-ci ilə qədər təxminən 40 il dəyişməz qalmışdı. Həmin ildən bəri isə rüsumlar mərhələli şəkildə artırılır. 2024-cü ildə də oxşar templə artım qeydə alınmış, tarif 5,08 dollara çatdırılmışdı.

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, 2022-ci ildən bəri Türkiyə limanlarına daxil olmayan gəmilər üçün tətbiq olunan rüsum yeddi dəfədən çox artıb. Onun sözlərinə görə, yığılan vəsait əsasən Türkiyə boğazlarında gəmiçiliyin təhlükəsizliyinin artırılması, nəzarət sistemlərinin təkmilləşdirilməsi və infrastrukturun yenilənməsi üçün istifadə olunur.

Rəqəmlərə görə, 2024-cü ildə Türkiyə boğazlarından keçən 51 mindən çox gəmi nəticəsində dövlət büdcəsinə 227 milyard dollardan çox vəsait daxil olub.

Seçilən
6
17
fins.az

10Mənbələr